8 May "Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü" münasibətilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Minalar və Partlamamış Hərbi Sursatlara Dair Forum Teatr Tamaşası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 8 May "Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü" münasibətilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Minalar və Partlamamış Hərbi Sursatlara Dair Forum Teatr Tamaşası keçirilib

AzQAC Bərdə Rayon Bölməsi 8 May "Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü" münasibətilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Minalar və Partlamamış Hərbi Sursatlara Dair Forum Teatr Tamaşası keçirib.
Tədbirin məqsədi mina təhlükəsi barədə ictimai maarifləndirməni gücləndirmək və insan təhlükəsizliyini təmin etmək olub. Çıxışlarda mina təhlükəsinin sosial və iqtisadi təsirləri, eləcə də profilaktik tədbirlərin vacibliyi vurğulanıb. İştirakçılar mina təhlükəsi ilə mübarizədə birgə əməkdaşlığın önəmini xüsusi qeyd ediblər. Forumun sonunda geniş fikir mübadiləsi aparılıb və maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi qərara alınıb.